Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.
"QELEBE.AZ"un məlumatına görə, Qəbələnin eyniadlı komandası evdə "Zirə"ni qəbul edib. Qəbələ şəhər stadionunda oynanılan görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə Ülvi İsgəndərov vurub. 25 yaşlı hücumçu meydanın mərkəzindən topu rəqib qapısından keçirib.
Bu nəticədən sonra xallarını 20-yə çatdıran "qırmızı-qaralar" 4-cü pilləyə yüksəlib. 19 xalı olan "qartallar" isə 5-ci sıraya geriləyib. Bu, paytaxt təmsilçisinin ardıcıl 2-ci məğlubiyyəti olub.
Günün son oyununda "Neftçi" səfərdə "Sumqayıt"ın qonağı olacaq.
Qeyd edək ki, tura noyabrın 6-da keçiriləcək "Səbail" - "Sabah" və "Qarabağ" - "Kəpəz" görüşləri ilə yekun vurulacaq.