Qelebə.az / Azərbaycan millisi dünya çempionatındakı ilk matçında məğlub olub

Azərbaycan millisi dünya çempionatındakı ilk matçında məğlub olub

7-10-2024, 16:28

Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatının qrup mərhələsində ilk matçında məğlub olub.

"Report" xəbər verir ki, Rəcəb Fərəczadənin baş məşqçisi olduğu kollektiv Serbiyanın U-23 yığması ilə qarşılaşıb.

Görüş Serbiya komandasının 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 7-dən 10-dək keçiriləcək. Azərbaycan millisi sabah Hindistan, oktyabrın 9-da Çexiya yığmaları ilə üz-üzə gələcək.

Geri qayıt