Qelebə.az / Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti matçını keçirəcək

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti matçını keçirəcək

7-10-2024, 09:46

Azərbaycanın çimərlik futbolu millisi İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində bu gün növbəti matçını keçirəcək.

"QELEBE.AZ" xəbər verir kİ, Sahib Məmmədovun baş məşqçisi olduğu komanda A qrupunun III turunda İspaniya yığması ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi buna qədər keçiridiyi iki görüşdə İngiltərəni 4:0, Gürcüstanı isə 7:2 hesabı ilə məğlub edib.

Geri qayıt