Qelebə.az / Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb

5-10-2024, 16:04

Azərbaycanın çimərlik futbolu millisi İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb.

"QELEBE.AZ" xəbər verir ki, Sahib Məmmədovun baş məşqçisi olduğu komanda A qrupunun II turunda Gürcüstan yığmasını 7:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl İngiltərədən güclü olub - 4:0. Seçməmiz oktyabrın 7-də İspaniya (saat 20:00) ilə qarşılaşacaq.

Geri qayıt