Qelebə.az / "Monako" rusiyalı futbolçusu ilə müqavilə müddətini artırıb

"Monako" rusiyalı futbolçusu ilə müqavilə müddətini artırıb

4-10-2024, 21:04

Fransanın "Monako" kollektivi futbolçusu Aleksandr Qolovinlə müqavilə müddətini artırıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, rusiyalı yarımmüdafiəçi ilə 5 illik yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, 28 yaşlı oyunçu 2018-ci ildən “Monako”da çıxış edir. O, komandasının heyətində heyətində 209 oyun keçirib və 31 qol vurub.

Geri qayıt