Qelebə.az / Federasiya prezidenti Dünya Kubokunda Azərbaycan güləşçilərinə uğurlar arzulayıb

Federasiya prezidenti Dünya Kubokunda Azərbaycan güləşçilərinə uğurlar arzulayıb

5-11-2022, 09:38

Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov bu gün Bakı İdman Sarayında start götürəcək yunan-Roma güləşi üzrə Dünya Kuboku ilə bağlı paylaşım edib.

"Report"un məlumatına görə, AGF rəhbəri yarışda Azərbaycan millisinə uğurlar arzulayıb.

"Azərbaycanda yunan-Roma güləşi üzrə Dünya Kuboku başlayır. Əzm, möhkəm iradə və məharət tələb edən yarışda güləşçilərimizə yüksək əhval-ruhiyyə və qələbə arzulayırıq", - deyə o bildirib.

Qeyd edək ki, turnir noyabrın 6-da başa çatacaq.

Bu gün Azərbaycanda yunan-Roma güləşi (

@awf_az) üzrə #DünyaKuboku başlayır. Əzm, möhkəm iradə və məharət tələb edən yarışda güləşçilərimizə yüksək əhval-ruhiyyə və qələbə arzulayırıq.@wrestling#WrestleBaku pic.twitter.com/MDP2bAFwFM— Mikayil Jabbarov (@MikayilJabbarov) November 5, 2022
Geri qayıt