Qelebə.az / Türkiyə Superliqasında "Beşiktaş" növbəti qələbəsini qazanıb

Türkiyə Superliqasında "Beşiktaş" növbəti qələbəsini qazanıb

30-09-2024, 23:05

Türkiyə Superliqasında "Beşiktaş" növbəti qələbəsini qazanıb.

"QELEBE.AZ" xəbər verir ki, VII turun bağlanış oyununda "Kayserispor"un qonağı olan "ağ-qaralar" 3:0 hesabı ilə qalib gəlib.

İstanbul təmsilçisinin heyətində 56-cı dəqiqədə Gedson Fernandeş hesabı açıb. 78-ci və 90+1-ci dəqiqələrdə fərqlənən Çiro İmmobile yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 16-ya çatdıran "Beşiktaş" turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. 3 xala malik "Kayserispor" isə 17-ci sırada yer alıb.

Geri qayıt