Qelebə.az / Dünyanın ən yaxşı vingerlərinin siyahısı açıqlanıb

Dünyanın ən yaxşı vingerlərinin siyahısı açıqlanıb

30-09-2024, 11:55

Məşhur "FourFourTwo" portalı dünyanın ən yaxşı vingerlərinin siyahısını tərtib edib.

"Report" xəbər verir ki, ilk pillədə İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah qərarlaşıb.

Bukayo Saka ("Arsenal", İngiltərə) ikinci, Rodriqo ("Real", İspaniya) üçüncü olub.

Qeyd edək ki, argentinalı ulduz Lionel Messi ilk "10-luq"da 8-ci pillədə yer alıb.

Geri qayıt