Qelebə.az / Mahir Emrelinin komandası səfərdə məğlub olub

Mahir Emrelinin komandası səfərdə məğlub olub

29-09-2024, 17:38

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Almaniyanın "Nürnberq" komandası bu gün səfərdə "Hannover"ə uduzub.

"Report"un məlumatına görə, qarşılaşma II Bundesliqanın VII turuna təsadüf edib.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib. Matça start heyətdə başlayan Emreli 75-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Nürnberq" altı oyundan sonra yeddi xalla 14-cü pillədə qərarlaşıb. Meydan sahibləri isə 13 xalla 4-cü sıradadır.

Geri qayıt