Qelebə.az / Messi ABŞ klubunda növbəti qolunu vurub

Messi ABŞ klubunda növbəti qolunu vurub

29-09-2024, 09:44

Argentina millisinin futbolçusu Lionel Messi ABŞ-nin "İnter Mayami" klubunda növbəti qolunu vurub.

"QELEBE.AZ"un məlumatına görə, 37 yaşlı hücumçu MLS çempionatında "Şarlott"la heç-heçə (1:1) etdikləri matçda fərqlənib.

Təcrübəli forvard 68-ci dəqiqədə bərabərlik qoluna imza atıb.

Qeyd edək ki, "İnter Mayami" hazırda 65 xalla liderdir.

Geri qayıt