Qelebə.az / "Naxçıvan" heyətini daha bir basketbolçu ilə gücləndirib

"Naxçıvan" heyətini daha bir basketbolçu ilə gücləndirib

28-09-2024, 13:28

"Naxçıvan" basketbol klubu heyətini daha bir oyunçu ilə gücləndirib.

Bu barədə "QELEBE.AZ"a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

ABŞ-dən olan Cermeyn Marrou ilə birillik müqavilə imzalanıb. 27 yaşlı basketbolçu son olaraq Slovakiyada "BMK Handlova"nın formasını geyinib. .

Qeyd edək ki, Naxçıvan klubu daha əvvəl Tremere Broun, Luka Petrovski, Nəzər Quliyev, Ehsan Şabani, Devon Cenkins, Ahmet Karaçelik, Papuna Kirtadze və Dmitro Juravlov ilə yeni müqavilə imzalayıb.

Geri qayıt