Qelebə.az / "Yuventus" futbolçusu ilə müqavilə müddətini artırıb

"Yuventus" futbolçusu ilə müqavilə müddətini artırıb

26-09-2024, 20:43

İtaliyanın "Yuventus" kollektivi gənc futbolçusu Samuel Mbanqula ilə müqavilə müddətini artırıb.

"QELEBE.AZ" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qoca sinyora" 20 yaşlı belçikalı cinah yarımmüdafiəçisi ilə 4 illik yeni sözləşmə imzalayıb.

S. Mbanqula 2023-cü ildən "Yuventus"un gənclərdən ibarət komandasına qoşulub. O, cari mövsüm əsas komanda ilə A Seriyasında debüt edib və 1 qola imza atıb.

Geri qayıt