Qelebə.az / Lionel Messi "İnter Mayami" ilə müqaviləni yeniləməyəcək

Lionel Messi "İnter Mayami" ilə müqaviləni yeniləməyəcək

26-09-2024, 11:41

Argentina millisinin futbolçusu Lionel Messi "İnter Mayami" klubu ilə müqaviləni yeniləməyəcək.

"Report" "El Nacional"a istinadən xəbər verir ki, hücumçu 2025-ci ilin sonunda ABŞ təmsilçisindən ayrılacaq.

37 yaşlı ulduz futbolda ilk addımlarını atdığı “Nyuells Old Boys”da karyerasını başa vurmaq üçün vətənə qayıtmaq niyyətindədir.

Qeyd edək ki, L.Messi 2023-cü ilin yayında "İnter Mayami"yə keçib. O, bu müddətdə meydana çıxdığı 32 oyunda 27 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt