Qelebə.az / "Bavariya"nın qapıçısı zədəsini sağaldıb

"Bavariya"nın qapıçısı zədəsini sağaldıb

25-09-2024, 18:50

Almaniyanın "Bavariya" klubunun qapıçısı Manuel Noyer zədəsini sağaldıb.

"QELEBE.AZ" xəbər verir ki, 38 yaşlı qapıçı Bundesliqanın V turunda son ölkə çempionu "Bayer 04" komandasına qarşı matçda meydanda olacaq.

O, bir tur əvvəl keçirilən "Verder"lə oyunu (5:0) buraxmaq məcburiyyətində qalmışdı.

Qeyd edək ki, M.Noyer UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunun "Dinamo" (Zaqreb, Xorvatiya) ilə görüşündə zədə almışdı.

Geri qayıt