Qelebə.az / Konfrans Liqası: “Qarabağ” “səpələnməmişlər”lərdən olacaq

Konfrans Liqası: “Qarabağ” “səpələnməmişlər”lərdən olacaq

4-11-2022, 09:28

Avropa Liqasında mübarizəni başa vurduqdan sonra yoluna Konfrans Liqasında davam edəcək “Qarabağ”ın qarşılaşa biləcəyi potensial rəqiblərin adlarına aydınlıq gəlib.

“Report” UEFA-ya istinadən xəbər verir ki, Ağdam klubu Avroliqadan düşən digər 7 komanda ilə birlikdə Konfrans Liqasında öz qruplarında ikinci yeri tutmuş 8 komandadan biri ilə mübarizə aparacaq.

Püşkatma öncəsi artıq səbətlər müəyyənləşib. Konfrans Liqasında yoluna davam edənlər “səpələnmişlər”, aralarında “Qarabağ”ın da olduğu Avroliqadan gələnlər isə “səpələnməmişlər” səbətində yer alacaq.

Səpələnmişlər:

“Anderlext” (Belçika)

“Bazel” (İsveçrə)

“CFR Kluj” (Rumıniya)

“Dnepr-1” (Ukrayna)

“Fiorentina” (İtaliya)

“Gent” (Belçika)

“Lex” (Polşa)

“Partizan” (Serbiya)

Səpələnməmişlər:

AEK (Larnaka, Kipr)

“Budo Qlimt” (Norveç)

“Braqa” (Portuqaliya)

“Latsio” (İtaliya)

“Ludoqorets” (Bolqarıstan)

“Qarabağ” (Ağdam, Azərbaycan)

“Şerif” (Moldova)

“Trabzonspor” (Türkiyə)

Geri qayıt