Qelebə.az / Rusiya millisinin sabiq üzvü 9,5 il müddətinə azadlıqdan məhrum edilib

Rusiya millisinin sabiq üzvü 9,5 il müddətinə azadlıqdan məhrum edilib

24-09-2024, 17:22

Rusiya milli komandasının sabiq futbolçusu Aleksey Buqayev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək 9,5 il müddətinə azadlıqdan məhrum edilib.

"QELEBE.AZ" yerli mətbuata istinadən xəbər verir ki, 43 yaşlı veteran futbolçu cəzasını ciddi rejimli koloniyada çəkəcək.

Qeyd edək ki, A.Buqayev karyerası ərzində “Torpedo”, “Tom”, “Lokomotiv” və “Krasnodar” klublarında çıxış edib. O, Rusiya millisində 7 oyun keçirib.

Geri qayıt