Qelebə.az / AFFA rəsmisi UEFA tərəfindən təyinat alıb

AFFA rəsmisi UEFA tərəfindən təyinat alıb

23-09-2024, 11:32

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.

"QELEBE.AZ" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, O, UEFA Avropa Liqasının I turu çərçivəsində keçiriləcək “Fənərbağça” (Türkiyə) – “Yunion” (Belçika) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qeyd edək ki, qarşılaşma sentyabrın 26-da İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.

Geri qayıt