Qelebə.az / Şahin Bağırov Qobustanda yeniyetmə voleybolçularla görüşüb

Şahin Bağırov Qobustanda yeniyetmə voleybolçularla görüşüb

21-09-2024, 16:23

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Qobustanda yeniyetmə voleybolçularla görüşüb.

AVF-nin mətbuat xidmətindən "QELEBE.AZ"a verilən məlumata görə, federasiya rəhbəri Hacıqabul RVK-nın “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil etdiyi məktəblilər arasında voleybol üzrə Qobustan rayon birinciliyinin final oyunlarını izləyib.

Sentyabrın 15-də start götürən birincilikdə 12 komanda mübarizə aparıb. Qobustan Olimpiya İdman Kompleksində baş tutan yarışın final qarşılaşmasının nəticəsinə uyğun olaraq Qaradaq rayon 3 saylı orta məktəbin komandası 1-ci, Qaradaq rayonu 1 saylı orta məktəbin komandası isə 2-ci yeri tutub. Qaradaq rayonu Ərəbşalbaş kənd məktəbin kollektivi birinciliyin üçüncüsü olub.

Yarışın qaliblərinə kubok və medallar təqdim olunub. Mükafatları təqdim edən AVF-nin prezidenti Şahin Bağırov gənclərə təbriklərini çatdırıb, onlara tövsiyələrini verib və peşəkar voleybolçu olmaq yolunda uğurlar arzulayıb.

Geri qayıt