Qelebə.az / Azərbaycanın futzal millisi ikinci oyunda da məğlub olub

Azərbaycanın futzal millisi ikinci oyunda da məğlub olub

20-09-2024, 22:37

Çexiyada təlim-məşq toplanışı keçirən Azərbaycanın futzal millisi yoxlama görüşündə növbəti dəfə məğlub olub.

"Report"un məlumatına görə, yığma ikinci matçda da Çexiyaya uduzub.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 6:2.

Çexiya seçməsi ötən gün ilk görüşdə üç cavabsız qolla qalib gəlib.

Geri qayıt