Qelebə.az / Premyer Liqada iştirak edən misirli futbolçu zədə səbəbindən mövsümü başa vurub

Premyer Liqada iştirak edən misirli futbolçu zədə səbəbindən mövsümü başa vurub

18-09-2024, 20:06

Rusiya təmsilçisi "Rostov"un futbolçusu Eyad El-Askalani zədə səbəbindən mövsümü başa vurub.

"Report" xəbər verir ki, bu barədə klubun baş məşqçisi Valeri Karpin yerli mətbuata açıqlamasında bildirib.

O, Premyer Liqanın VIII turunda keçirilən "Krasnodar"la görüşdə dizindəki çarpaz bağın yırtılması səbəbindən 7 ay futboldan kənar qalacaq.

Qeyd edək ki, misirli futbolçu cari mövsümün əvvəli "Rostov"a transfer olunub.

Geri qayıt