Qelebə.az / "Abşeron"un yeni baş məşqçisinin köməkçilərindən biri müəyyənləşib

"Abşeron"un yeni baş məşqçisinin köməkçilərindən biri müəyyənləşib

17-09-2024, 10:56

"Abşeron" basketbol klubunda yeni baş məşqçi Erhan Tokerin köməkçilərindən biri müəyyənləşib.

"QELEBE.AZ" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 2024/2025 mövsümü üçün hazırlıqlara start verən komandaya gürcüstanlı mütəxəssis Davit Çivçivadze də dəvət olunub.

Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, gənc çalışdırıcının ilk məşqçilik təcrübəsi də ölkəmizdə olub. O, ötən mövsüm "Naxçıvan"ın ( keçmiş "Xəzri"nin) məşqçilər korpusunda yer alıb. Davit Çivçivadze oyunçu kimi də ölkəmizdə 2022/2023 mövsümündə "Şəki"nin heyətində çıxış edib.

Geri qayıt