Qelebə.az / "İnter" Albaniya millisinin üzvü ilə müqavilə müddətini artırıb

"İnter" Albaniya millisinin üzvü ilə müqavilə müddətini artırıb

16-09-2024, 19:10

İtaliyanın "İnter" komandası Albaniya millisinin üzvü Kristiyan Aslani ilə müqavilə müddətini artırıb.

"QELEBE.AZ" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi daha 4 il Milan təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, Kristiyan Aslani "İnter"ə 2022-ci ildə "Empoli"dən transfer olunub.

Geri qayıt