Qelebə.az / "Barselona" Lamin Yamalla yeni müqavilə imzalayacaq

"Barselona" Lamin Yamalla yeni müqavilə imzalayacaq

16-09-2024, 18:42

İspaniyanın "Barselona" klubu futbolçusu Lamin Yamalla yeni müqavilə imzalayacaq.

"Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, yeni sözləşməyə əsasən 17 yaşlı futbolçunun maaşında artım olacaq.

İspaniya millisinin üzvünün bağlayacağı müqavilə 2030-cu ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, L.Yamal ötən mövsüm "Barselona"nın heyətində 53 oyunda iştirak edib, 7 qol vurub.

Geri qayıt