Qelebə.az / "Qalatasaray" Macarıstan millisinin üzvünü transfer edib

"Qalatasaray" Macarıstan millisinin üzvünü transfer edib

13-09-2024, 22:21

Türkiyənin "Qalatasaray" komandası Macarıstan millisinin üzvü Roland Şallai ilə anlaşıb.

"QELEBE.AZ" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi hücumameyilli yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalayıb.

Bu transfer "sarı-qırmızılar"a 6 milyon avroya başa gəlib.

Qeyd edək ki, Şallai son olaraq 2018-2024-cü illərdə Almaniyanın "Frayburq" klubunda çıxış edib.

Geri qayıt