Qelebə.az / "Real" ukraynalı qapıçı ilə yeni müqavilə bağlayıb

"Real" ukraynalı qapıçı ilə yeni müqavilə bağlayıb

13-09-2024, 17:41

İspaniyanın "Real" klubu ukraynalı qapıçı Andrey Luninlə yeni müqavilə bağlayıb.

"QELEBE.AZ" klubun mətbat xidmətinə istinadən xəbər verir ki, müqavilənin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

25 yaşlı qolkiper 2018-ci ildə "Real"a transfer olunub. O, 2020-ci ildən əsas komandada çıxış edir və indiyədək klubla 10 kubok qazanıb.

Qeyd edək ki, A.Luninin əvvəlki müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər idi.

Geri qayıt