Qelebə.az / "Neftçi"nin sabiq futbolçusu Qətər klubuna keçə bilər

"Neftçi"nin sabiq futbolçusu Qətər klubuna keçə bilər

10-09-2024, 11:14

"Neftçi" ilə yollarını ayıran Ataa Caber karyerasını Qətərdə davam etdirə bilər.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə "Ysscores" nəşri məlumat yayıb.

"Qətər SC" 29 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.

2022-ci ildə Bakı klubuna transfer olunan A.Caber “Neftçi”nin heyətində meydana çıxdığı 58 oyunda 9 qola imza atıb. "Ağ-qaralar" iyunun 28-də fələstinli oyunçu ilə vidalaşıb.

Geri qayıt