Qelebə.az / "Mançester Siti"nin futbolçusu 17 ildən sonra Benzemanın rekordunu qırıb

"Mançester Siti"nin futbolçusu 17 ildən sonra Benzemanın rekordunu qırıb

3-11-2022, 09:49

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Riko Luis UEFA Çempionlar Liqasının tarixinə düşüb.

"Report"un məlumatına görə, ingiltərəli oyunçu buna İspaniya "Sevilya"sına 3:1 hesabı ilə qalib gəldikləri qrup mərhələsinin VI tur matçında nail olub.

52-ci dəqiqədə "şəhərlilər"in ilk qoluna imza atan müdafiəçi qitənin bir nömrəli klub turnirində fərqlənən ən gənc futbolçu adına sahib çıxıb. Luis 17 yaş 346-cı günündə bunu bacarıb.

Əvvəlki rekord hazırda İspaniya "Real Madrid"ində çıxış edən Kərim Benzemaya məxsusdur. Təcrübəli forvard 2005-ci ildə Fransa "Lion"unda çıxış edən vaxt 17 yaş 352-ci günündə Norveç "Rusenborq"u ilə qarşılaşmada qol vurub.

Geri qayıt