Qelebə.az / Millətlər Liqası: Slovakiya - Azərbaycan matçında ikinci hissə başlayıb - YENİLƏNİB - 4

Millətlər Liqası: Slovakiya - Azərbaycan matçında ikinci hissə başlayıb - YENİLƏNİB - 4

8-09-2024, 21:05

UEFA Millətlər Liqasının Slovakiya - Azərbaycan matçında ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, C Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda 2:0 öndədir.

22-ci dəqiqədə Ondrey Duda, 26-cı dəqiqədə isə David Strelec fərqlənib.

20:48

UEFA Millətlər Liqasının Slovakiya - Azərbaycan matçında ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, C Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda 2:0 öndədir.

22-ci dəqiqədə Ondrey Duda, 26-cı dəqiqədə isə David Strelec fərqlənib.

20:33

UEFA Millətlər Liqasının Slovakiya - Azərbaycan matçında növbəti qol vurulub.

"Report"un məlumatına görə, C Liqasının I qrupunun görüşündə meydan sahibləri ikinci dəfə hesabı dəyişib.

26-cı dəqiqədə David Strelec komandasının üstünlüyünü möhkəmləndirib.

20:25

UEFA Millətlər Liqasının Slovakiya - Azərbaycan matçında hesab açılıb.

"Report"un məlumatına görə, C Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda irəli çıxıb - 1:0.

22-ci dəqiqədə Ondrey Duda penalti zərbəsini dəqiq yerinə yetirib.

20:00

UEFA Millətlər Liqasının Slovakiya - Azərbaycan matçına start verilib.

"Report"un məlumatına görə, C Liqasının I qrupunun görüşü “Koşitse Futbol Arenası”nda keçirilir.

Qarşılaşmanı polşalı FIFA referisi Damian Silvestrjak idarə edir.

Geri qayıt