Qelebə.az / Paris-2024: Azərbaycan paracüdoçusu medal qazanmaq şansını davam etdirir - YENİLƏNİB - 2

Paris-2024: Azərbaycan paracüdoçusu medal qazanmaq şansını davam etdirir - YENİLƏNİB - 2

7-09-2024, 14:45

Azərbaycanın paracüdoçusu Xatirə İsmiyeva (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında medal qazanmaq şansını davam etdirir.

"QELEBE.AZ" xəbər verir ki, +70 kq çəkidə yer alan idmançı təsəlliverici görüşdə Venesueladan olan Danitza Yoccelinlə üz-üzə gəlməli idi.

Rəqib tatamiyə çıxmadığı üçün İsmiyeva qalib elan olunub.

O, bürünc medal uğrunda ABŞ paracüdoçusu Qarsiya Kristella ilə görüşəcək.

13:10

Azərbaycanın paracüdoçusu Xatirə İsmiyeva (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarının 1/4 final mərhələsində məğlub olub.

"QELEBE.AZ" xəbər verir ki, +70 kq çəkidə yer alan idmançı Türkiyə təmsilçisi Nazan Akına uduzub.

İsmiyeva təsəlliverici görüşə qatılacaq.

11:43

Azərbaycanın paracüdoçusu Xatirə İsmiyeva (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında 1/4 finala vəsiqə qazanıb.

"QELEBE.AZ"un məlumatına görə, +70 kq çəkidə yer alan idmançı 1/8 finalda Birləşmiş Ərəb Əmirliklərindən olan Maryam Aldhanhani ilə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn İsmiyeva növbəti raunda yüksəlib.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

Geri qayıt