Qelebə.az / Rusiya və Tailandın yoldaşlıq görüşü qasırğaya görə təxirə salınıb

Rusiya və Tailandın yoldaşlıq görüşü qasırğaya görə təxirə salınıb

7-09-2024, 07:40

Vyetnam Futbol Federasiyası “Yaqi” super qasırğasının yaxınlaşması ilə əlaqədar Hanoyda keçirilən yoldaşlıq turniri çərçivəsində Rusiya və Tailand yığmaları arasında keçiriləcək oyunu təxirə salıb.

“Report” xəbər verir ki, bu barədə “Thanh Nien” məlumat yayıb.

Görüş sentyabrın 7-də “My Dinh” stadionunda Bakı vaxtı ilə saat 17:00-da başlamalı idi.

Qeyd olunub ki, hazırda matçın sentyabrın 8-də eyni vaxtda keçirilməsi məsələsi müzakirə olunur.

Geri qayıt