Qelebə.az / Çempionlar Liqası: "Birbaşa Bakı" ikinci oyunda qələbə qazanıb

Çempionlar Liqası: "Birbaşa Bakı" ikinci oyunda qələbə qazanıb

6-09-2024, 15:03

Azərbaycanın “Birbaşa Bakı” komandası Polşanın paytaxtı Varşavada təşkil olunan minifutbol üzrə Çempionlar Liqasında keçirdiyi ikinci oyunda qələbə qazanıb.

“QELEBE.AZ” xəbər verir ki, təmsilçimiz “Livorno”nu (İtaliya) 3:1 hesabı ilə məğlub edib.

"Birbaşa Bakı" ilk görüşdə İspaniyanın "Malaqa" kollektivi ilə heç-heçə edib - 2:2. Komanda növbəti görüşünü bu gün, saat 21:00-da "BKMK Brno"ya (Çexiya) qarşı keçirəcək.

Geri qayıt