Qelebə.az / "Vüqar Həşimov Memorialı"nın direktoru: Turniri yüksək səviyyədə keçirməyə çalışacağıq

"Vüqar Həşimov Memorialı"nın direktoru: Turniri yüksək səviyyədə keçirməyə çalışacağıq

6-09-2024, 13:34

Turniri yüksək səviyyədə keçirməyə çalışacağıq.

"Report" xəbər verir ki, bunu "Vüqar Həşimov Memorialı"nın direktoru Anar Allahverdiyev mətbuat konfransında deyib.

O, turnirin artıq yalnız Şuşada təşkil oluna biləcəyini vurğulayıb:

"Etimadı doğrultmağa çalışacağıq. Bundan sonra yarışı Şuşada təşkil etmək niyyətindəyik. Azərbaycan yığmasının beş üzvündən üçü turnirdə mübarizə aparacaq".

Qeyd edək ki, yarış sentyabrın 25-30-u aralığında Şuşada gerçəkləşəcək. Memorialın açılış mərasimi və ilk turun partiyaları sentyabrın 26-da baş tutacaq. Turnir “Şuşa” otelində təşkil ediləcək.

Geri qayıt