Qelebə.az / "Qarabağ"ın futbolçusu zədə səbəbindən Azərbaycan millisinin heyətindən çıxarılıb

"Qarabağ"ın futbolçusu zədə səbəbindən Azərbaycan millisinin heyətindən çıxarılıb

6-09-2024, 10:55

"Qarabağ" klubunun futbolçusu Bəhlul Mustafazadə Azərbaycan millisinin heyətindən çıxarılıb.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Buna müdafiəçinin zədələnməsi səbəb olub.

Qeyd edək ki, Azərbaycan yığması ötən gün Millətlər Liqasının I turunda Bakıda İsveçə uduzub - 1:3. Milli sentyabrın 8-də səfərdə Slovakiya ilə üz-üzə gələcək.

Geri qayıt