Qelebə.az / UEFA Millətlər Liqası: Azərbaycan - İsveç matçında ikinci hissə başlayıb - YENİLƏNİB 2

UEFA Millətlər Liqası: Azərbaycan - İsveç matçında ikinci hissə başlayıb - YENİLƏNİB 2

5-09-2024, 21:15

UEFA Millətlər Liqasında keçirilən Azərbaycan - İsveç matçında ikinci hissə başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, C Liqasının I qrupu çərçivəsində, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə hesab açılmayıb.

Qeyd edək ki, 45+7-ci dəqiqədə Azərbaycan millisinin heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib.

20:53

UEFA Millətlər Liqasında keçirilən Azərbaycan - İsveç matçında ilk hissə başa çatıb.

"QELEBE.AZ"un məlumatına görə, C Liqasının I qrupu çərçivəsində, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə komandalar fasiləyə qolsuz yollanıb.

Qeyd edək ki, 45+7-ci dəqiqədə Azərbaycan millisinin heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib.

20:00

UEFA Millətlər Liqasında Azərbaycan - İsveç matçına start verilib.

"QELEBE.AZ"un məlumatına görə, görüş C Liqasının I qrupu çərçivəsində, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Qarşılaşmanı macarıstanlı FIFA referisi Balaş Berkey idarə edir.

Foto: Məhəmməd Ağayev

Geri qayıt