Qelebə.az / Millətlər Liqası: Azərbaycan və İsveç yığmalarının start heyətləri açıqlanıb

Millətlər Liqası: Azərbaycan və İsveç yığmalarının start heyətləri açıqlanıb

5-09-2024, 18:51

Bu gün UEFA Millətlər Liqasında üz-üzə gələcək Azərbaycan və İsveç yığmalarının start heyətləri açıqlanıb.

"QELEBE.AZ"un məlumatına görə, milli komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

Azərbaycan: Mehdi Cənnətov, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Abbas Hüseynov, Aleksey İsayev, Coşqun Diniyev, Toral Bayramov, Emin Mahmudov, Renat Dadaşov, Ramil Şeydayev.

İsveç: Conasson, Auqustinsson, Hin, Duqlas, Valkvist, Ayari, Svanberq, Elanqa, Isak, Kulusevski, Cökereş.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Geri qayıt