Qelebə.az / Çempionlar Liqası: Azərbaycan komandası Fransa təmsilçisinə qalib gəlib

Çempionlar Liqası: Azərbaycan komandası Fransa təmsilçisinə qalib gəlib

5-09-2024, 17:46

Azərbaycanın minifutbol komandası "AzNur" Polşanın paytaxtı Varşavada start götürən Çempionlar Liqasına Fransanın "Les Piopio" klubu üzərində qələbə ilə başlayıb.

"Report"un məlumatına görə, təmsilçimiz rəqibini 2:1 hesabı ilə məğlub edib.

Azərbaycanın digər klubu "Birbaşa Bakı" İspaniyanın "Malaqa" kollektivini sınağa çəkəcək. Bu görüş saat 19:00-da başlayacaq.

Qeyd edək ki, qrup mərhələsinin digər oyunları sentyabrın 6-da gerçəkləşəcək.

Geri qayıt