Qelebə.az / AFFA II Liqanın iki klubuna texniki məğlubiyyət verib

AFFA II Liqanın iki klubuna texniki məğlubiyyət verib

5-09-2024, 12:37

AFFA İntizam Komitəsi II Liqada çıxış edən “Hypers Guba” və "Sheki City” komandalarına 0:3 hesablı texniki məğlubiyyət verib.

"Report"un məlumatına görə, hər iki kollektiv I turun matçında protokolda adı olmayan futbolçunun meydana çıxmasına görə cəzalanıb.

“Hypers Guba” “Saatlı-Araz”la görüşdə Hakan Həsənovun, “Sheki City” isə “Şəmkir”lə matçda Ramin Məmmədovun oynamasına şərait yaradıb.

Bölgə təmsilçiləri bu səbəbdən 400 manat cərimələniblər.

Qeyd edək ki, “Hypers Guba” rəqibini 3:2 hesabı ilə məğlub etmişdi. “Sheki City” isə üç cavabsız qolla məğlub olmuşdu.

Geri qayıt