Qelebə.az / İspaniya klubunun baş məşqçisi istefaya göndərilib

İspaniya klubunun baş məşqçisi istefaya göndərilib

2-11-2022, 18:24

İspaniyanın "Selta" komandasının baş məşqçisi Eduardo Koudet istefaya göndərilib.

"QELEBE.AZ"un klubun rəsmi saytına istinadən məlumatına görə, argentinalı mütəxəssislə müqaviləyə uğursuz nəticələr səbəbindən xitam verilib.

O, 2020-ci ilin noyabrından La Liqa təmsilçisinə rəhbərlik edirdi.

Qeyd edək ki, "Selta" hazırda turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Geri qayıt