Braziliya yığmasının sabiq futbolçusu Aleks Tellesin yeni klubu müəyyənləşib.
"Report" xəbər verir ki, 31 yaşlı futbolçu ölkəsində "Botafoqo"nun formasını geyinəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçi ilə 2026-cı ilə qədər müqavilə imzalanıb.
Qeyd edək ki, A.Telles son mövsümü Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda keçirib. O, 2023-cü ildə milli karyerasını bitirib.