Qelebə.az / Dünya çempionu karyerasının ən pis məşqçisinin adını açıqlayıb

Dünya çempionu karyerasının ən pis məşqçisinin adını açıqlayıb

4-09-2024, 10:34

Portuqaliyanın "Benfika" klubunun üzvü Anhel Di Mariya karyerasının ən pis məşqçisinin adını açıqlayıb.

"QELEBE.AZ" ESPN-ə istinadən xəbər verir ki, dünya çempionu niderlandlı Lui Van Qalı ən pis mütəxəssis adlandırıb.

Argentina millisinin sabiq üzvü 2014/2015 mövsümündə "Mançester Yunayted"in heyətində Van Qalın rəhbərliyi altında çıxış edib. Həmin mövsüm o, karyerasının ən zəif dönəmlərindən birini keçirib (27 oyun 3 qol). Van Qal 2019-cu ildə BBC-yə verdiyi müsahibədə Di Marianın zəif oyununu Premyer Liqadakı təzyiqlə əlaqələndirmişdi.

Qeyd edək ki, Di Mariya Argentina millisinin heyətində DÇ-2022-nin qalibi olub.

Geri qayıt