Qelebə.az / "Sabah"ın UEFA Gənclər Liqasındakı rəqibi müəyyənləşib

"Sabah"ın UEFA Gənclər Liqasındakı rəqibi müəyyənləşib

3-09-2024, 13:23

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək "Sabah" klubunun rəqibi müəyyənləşib.

"QELEBE.AZ" xəbər verir ki, mübarizəyə ikinci mərhələdən başlayacaq Bakı komandası İsveçrə təmsilçisi “Bazel” ilə qarşılaşacaq.

İlk oyun oktyabrın 23-də səfərdə, cavab görüşü isə noyabrın 6-da Bakıda baş tutacaq.

Qeyd edək ki, iki qarşılaşmanın nəticəsinə əsasən üstün olan tərəf üçüncü mərhələdə “Braqa” (Portuqaliya) – “Rapid” (Avstriya) cütünün qalibi ilə üz-üzə gələcək.

Geri qayıt