Qelebə.az / "Əl-Nəsr" məşhur futbolçusu ilə yollarını ayırıb

"Əl-Nəsr" məşhur futbolçusu ilə yollarını ayırıb

2-09-2024, 16:36

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu futbolçusu Aleks Telleslə yollarını ayırıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı cinah müdafiəçisinin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

"Əl-Nəsr"də portuqaliyalı futbolçu Kriştianu Ronaldu ilə birgə çıxış edən Telles daha əvvəl "Qalatasaray" (Türkiyə), "İnter" (İtaliya), "Portu" (Portuqaliya), "Mançester Yunayted" (İngiltərə) və "Sevilya" (İspaniya) klublarının şərəfini qoruyub.

Geri qayıt