Qelebə.az / "Mançester Yunayted" PSJ-nin futbolçusunu transfer edib

"Mançester Yunayted" PSJ-nin futbolçusunu transfer edib

1-09-2024, 13:55

İngiltərənin "Mançester Yunayted" klubu yarımmüdafiəçi Manuel Uqartenin transferini açıqlayıb.

"Report" klubun mətbuat xidmətinə istinadən verir ki, "qırmızı şeytanlar" Uruqvay millisinin üzvü ilə 5 illik müqavilə bağlayıb.

Qeyd edək ki, 23 yaşlı futbolçu son olaraq Fransanın PSJ klubunun şərəfini qoruyub.

Geri qayıt