"Azərbaycana getdiyim üçün çox sevinirəm".
"Report"un məlumatına görə, bunu Almaniyanın "Frayburq" komandasının futbolçusu Yannik Kaytel "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
22 yaşlı almaniyalı yarımmüdafiəçi heç vaxt bu ölkədə olmadığını bildirib: "Qarşılaşmaya ciddi yanaşacağıq. Bakıdakı matçda qələbə qazanmaq istəyirik".
Qeyd edək ki, noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq.