Qelebə.az / İngiltərəli müdafiəçi vurduğu qolların sayına görə tarixə düşüb

İngiltərəli müdafiəçi vurduğu qolların sayına görə tarixə düşüb

2-11-2022, 11:07

Şotlandiyanın "Reyncers" klubunun futbolçusu Ceyms Tavernye yeni nailiyyətə imza atıb.

"Report" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı oyunçu buna Niderland "Ayaks"ına 1:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI tur matçında fərqlənməklə nail olub.

Tavernye 2022-ci ildə bütün yarışlarda vurduğu qolların sayını 20-yə çatdırıb. O, XXI əsrdə bir təqvim ilində 20 qola çatan ilk müdafiəçi kimi tarixə düşüb.

Geri qayıt