Qelebə.az / "Fənərbağça" "Mançester Yunayted"də çıxış etmiş futbolçunu transfer edib

"Fənərbağça" "Mançester Yunayted"də çıxış etmiş futbolçunu transfer edib

30-08-2024, 16:25

Türkiyənin "Fənərbağça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"QELEBE.AZ" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "sarı-lacıvərdlilər" müdafiəçi Sofyan Amrabatı transfer edib.

Mərakeş millisinin üzvü müqavilə ilə İtaliyanın "Fiorentina" klubuna məxsus olsa da, ötən mövsümü icarə əsasında İngiltərənin "Mançester Yunayted" kollektivində keçirib.

27 yaşlı oyunçu "qırmızı şeytanlar"ın heyətində 30 matçda meydana çıxıb.

Geri qayıt