Qelebə.az / "Qəbələ" legioneri ilə yollarını ayırıb

"Qəbələ" legioneri ilə yollarını ayırıb

30-08-2024, 12:08

"Qəbələ" futbolçusu Zurab Oçiqava ilə yollarını ayırıb.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

29 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

2023-cü ilin iyulundan komandada çıxış edən ukraynalı oyunçu qırmızı-qara formada 24 matç keçirib. O, Premyer Liqada 21, Azərbaycan Kubokunda 3 oyunda iştirak edib.

Geri qayıt