Qelebə.az / Paris-2024: Azərbaycan parataekvondoçusu bürünc medal uğrunda görüşdə iştirak edəcək

Paris-2024: Azərbaycan parataekvondoçusu bürünc medal uğrunda görüşdə iştirak edəcək

29-08-2024, 21:20

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, K44 kateqoriyasında yer alan idmançı türkiyəli Can Özcanla qarşılaşıb

Rəqibinə qalib gələn 18:23 hesabı ilə məğlub olan Zeynalov qızıl medal qazanmaq şansını itirib.

O, bürünc medal uğrunda görüşdə iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

Geri qayıt