Qelebə.az / Paris-2024: Azərbaycanın parakamandan oxatanı 28-ci yeri tutub

Paris-2024: Azərbaycanın parakamandan oxatanı 28-ci yeri tutub

29-08-2024, 17:36

Azərbaycanı Paris-2024 Yay Paralimpiya Oyunlarında parakamandan oxatmada təmsil edən Cahan Musayev mübarizəyə qoşulub.

“Report” xəbər verir ki, idmançımız təsnifat mərhələsində bacarığını göstərib.

C.Musayev yekun sıralamada 568 xalla 30 idmançı arasında 28-ci olub.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

Geri qayıt