Qelebə.az / İngiltərəli futbolçu milli komandadakı karyerasını başa vurub

İngiltərəli futbolçu milli komandadakı karyerasını başa vurub

29-08-2024, 16:50

İngiltərə millisinin müdafiəçisi Kiran Tripper yığmanı tərk etdiyini açıqlayıb.

"Report" xəbər verir ki, 2017-ci ildən millinin formasını geyinən "Nyukasl" klubunun üzvü bu müddət ərzində 54 qarşılaşmada meydana çıxıb və 1 qol vurub.

33 yaşlı futbolçu İngiltərə millisi ilə AVRO-2020 və AVRO-2024-də gümüş medal qazanıb.

Geri qayıt